Fransanın TF1 kanalı cəbhədən reportaj hazırlayıb

Fransanın TF1 televiziya kanalında Dağlıq Qarabağdan cəbhə xəttindən yayımlanan eksklüziv reportaj hazırlayıb.

SİA-nın məlumatına görə, TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.

Bundan əlavə kanal Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, erməni silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardıman etməsindən bəhs edib.

https://www.tf1.fr/tf1/jt-we/videos/a-la-decouverte-des-volcans-siciliens-53783239.html

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...