Rumıniyada koronavirusa yoluxanların sayı 183 min nəfərə çatır

Rumıniyada koronavirusa yoluxanların sayı 182 min 854 nəfərə çatıb.

SİA Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 2466 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 5931 nəfərdir, 132 min 82 nəfər isə sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə