Naxçıvanla Azərbaycanın quru əlaqələri təmin olunmalıdır - Polkovnik Ünal Atabay

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın quru əlaqələri təmin olunmalıdır. SİA xəbər verir ki, bunu Türkiyənin ehtiyatda olan polkovniki Ünal Atabay açıqlayıb.

“Azərbaycan döyüş meydanında lazım olanı edir. Müzakirə masasındakı əsas prinsip isə Dağlıq Qarabağın işğaldan tamamilə azad olunmasıdır. Azərbaycan hökuməti, eyni zamanda, Naxçıvanla quru yolu əlaqəsinin təmin olunması üçün əlavə istəyini bildirməlidir”, - polkovnik qeyd edib.

O bildirib ki, Dağlıq Qarabağın işğaldan azad olunması Azərbaycanın ən əsas hədəfidir: “Ehtimal olunan müzakirə vəziyyətində Azərbaycanın masadakı əsas prinsipi Qarabağ olacaq. Lakin Azərbaycan, eyni zamanda, Naxçıvanla əlaqələrin təmin olunmasını da istəməlidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə