Hindistanda koronavirusa yoluxanların sayı 7,5 milyonu keçdi

Hindistanda aşkar olunmuş koronavirusa yoluxma hallarının ümumi sayı 7,5 milyonu keçib. SİA-nın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat verib.

Qeyd olunub ki, Hindistanda son sutka ərzində 55 722 nəfər virusa yoluxub. Həmçinin son sutkada ölkədə 579 nəfər COVID-19 qurbanı olub. Bununla da ölənlərin ümumi sayı 114 610 nəfərə çatıb.

Ölkədə 6,6 milyondan çox insan koronavirüsdən sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə