Qonşu ölkədə son sutkada 1 186 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirusa 1 186 yeni yoluxma halı təsdiqlənib, 278 nəfər sağalıb, 7 pasiyent isə vəfat edib.

SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 18 663-ə çatıb. Sağalanların sayı 8 338, vəfat edənlərin sayı isə 143 olub.

Karantin rejimində 6 380, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi yüngül keçirən 1 420 nəfər xüsusi otellərdə tibbi nəzarət altına alınıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə