Ermənistanda koronavirusa yoluxanların sayı 65 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 65 460 nəfərə çatıb.

Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 766 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 091 nəfər koronavirusdan ölüb, 15 845 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə