ABŞ-ın Yaxın Şərqdəki xüsusi nümayəndəsi Corc Mitçell tutduğu vəzifədən gedib. SİA-nın \"lenta.ru\"ya istinadən verdiyi xəbərə görə, prezident Barak Obama onun istefasını artıq qəbul edib.
Men ştatından olan keçmiş hakim və Demokratlar partiyasından senator, 77 yaşlı Corc Mitçel həmçinin ABŞ-ın Şimali İrlandiyadakı xüsusi nümayəndəsi vəzifəsində çalşıb. Hazırda Birləşmiş Ştatların Yaxın Şərqdəki xüsusi nümayəndəsi vəzifəsini müvəqqəti olaraq Mitçelin müavini Devid Heyl icra edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB