Dmitri Medvedev 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilənin həm vətəndaş, həm də Rusiya prezidenti kimi onun üçün ən çətin qərarlardan biri olduğunu bəyan edib. SİA-nın xəbərinə görə, bu barədə xəbər "İTAR-TASS" agentliyində yer alıb. Prezidentin sözlərinə görə, hər bir rəhbərin, o cümlədən dövlət başçısının həyatında çox çətin məqamlar olur. D.Medvedev bildirib ki, heç vaxt bu cür qərarlar qəbul etməyənlər onu başa düşə bilməzlər: "2008-ci ilin avqustunda mən öz maraqlarımızı qorumaq üçün qoşunlarımızın Cənubi Osetiyaya göndərilməsi haqqında çox çətin qərar verməli oldum. Sizə açıq deyə bilərəm ki, bu, o qədər də asan olmadı. Çünki mən başa düşürdüm ki, gedən adamların bir hissəsi geri qayıtmayacaq. Çox istərdim ki, ölkəmizin və dövlətimizin tarixində bu cür qərarların sayı çox az olardı".
Eyni zamanda Dmitri Medvedev bildirib ki, hakimiyyətin bir əldə cəmləşməsi təhlükəli ola bilər. Belə ki, Rusiyada əvvəllər də hakimiyyət cəmləşməsi halları baş verib və onlar inqilablar və vətəndaş müharibələrinə yol açıb. Dmitri Medvedev bunun bir daha baş verə biləcəyi barədə xəbərdarlıq verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB