Yaponiyada daha bir AES bağlandı

Yaponiyada daha bir AES bağlandı

Yaponiyada daha bir AES bağlandı. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu gün səhər Yaponiyadakı \"Hamaoka\" atom-elektrik stansiyasında fəaliyyətdə olan son reaktor da dayandırılıb. Stansiyanın 5-ci enerji bloku yerli vaxtla saat 10-da dayanıb. \"Hamaoka\" AES Yaponiyanın paytaxtı Tokiodan 200 kilometr cənub-qərbdədir. Stansiyanın dayandırılması Yaponiyanın mərkəzi vilayətlərində elektroenerji qıtlığı yaradacaq

Reaktorların dayandırılması ilə bağlı qərar \"Hamaoka\" AES-nin potensial təhlükəli zonada yerləşməsi ilə bağlıdır. Seysmoloqların proqnozlarına görə, yaxın 30 ildə \"Hamaoka\"nın yerləşdiyi ərazidə Rixter şkalası ilə 8 bal gücündə zəlzələ baş verə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə