Donald Tramp Amerika qoşunlarını Somalidən geri çəkmək niyyətindədir
Prezident Donald Tramp ABŞ qoşunlarını Somalidən geri çəkmək niyyətindədir ki, bu da ona Amerika əsgərlərini evlərinə qaytarmaq vədlərini yerinə yetirməyə imkan verəcəkdir.
SİA-nın məlumatına görə, bu barədə Bloomberg agentliyi bildirib.
Məlumata əsasən, Somali hökuməti ölkədəki vəziyyətə yetərincə nəzarət etmədiyi üçün Trampın qoşunları geri çəkmək qərarı ABŞ rəhbərliyinin mənfi reaksiyasına səbəb oldu.
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Samanta Pauerin müşaviri Kolin Tomas Censen bildirib ki, Amerika Birləşmiş Ştatları Somalidəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaltsa, Somali hökumətinin ölkədəki təhlükəsizlik üzərində onsuz da zəif nəzarəti əhəmiyyətli dərəcədə azalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB