Qətər Yəməndəki münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını dayandırıb. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu qərarın Yəməndə zorakılığın davam etməsi ilə əlaqəli olduğu bildirilir. Qətər Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının Yəməndəki vəziyyətin nizamlanmasına dair planı dəstəkləməkdən imtina edib.
Bu plan Salehin hakimiyyəti vitse-prezidentə təhvil verməsini və bunun ardınca prezident seçkilərinin keçirilməsini nəzərdə tutur. Yəmən prezidenti isə əvvəlcə planla razılaşsa da, sonradan müxalifətlə razılaşma imzalamaqdan imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB