Rusiyada 18 yaşlı gənc avtobusa və dayanacaqda dayanan insanlara atəş açıb

Rusiyada 18 yaşlı gənc avtobusa və dayanacaqda dayanan insanlara atəş açıb

Rusiyanın Nijni Novqorod vilayətinin Bor şəhərində 18 yaşlı gənc reys avtobusuna və dayanacaqda dayanan insanlara atəş açıb.

SİA xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.

Danil Monoxov adlı gəncin nənəsi ilə dalaşdıqdan sonra tüfənglə əvvəlcə nənəsinə, sonra qonşularına və daha sonra isə yaxınlıqda olan avtobus dayanacağındakı insanlara atəş açdığı bildirilir.

O, cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb.

Bütün xəbərlər Facebook səhifəmizdə