Türkiyədə Egey dənizi sahillərində 5 bal gücündə zəlzələ baş verib.
SİA türk mediasına istinadən xəbər verir ki, məlumatı Türkiyənin Fəlakət və Təcili Yardım Nazirliyi yayıb.
Bildirilib ki, zəlzələ Türkiyənin Muğla bölgəsi və ətraf rayonlarda da hiss edilib.
Yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib. Məlumata görə, eyni bölgədə 4,8; 4,2; 3,8 və ikisi 3,7 bal gücündə olmaqla daha 5 ayrı yeraltı təkan da baş verib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB