Braziliyada ötən sutka ərzində 12 mindən çox insan yeni növ koronavirusa yoluxub

Braziliyada ötən sutka ərzində 12 mindən çox insan yeni növ koronavirusa yoluxub

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 12 345 nəfər yoluxub.

SİA-nın "Xihua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 094 982 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 290 nəfər ölüb, ölənlərin ümumi sayı 150 488 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə