Daha 523 nəfərdə koronavirus aşkarlanıb, 7 pasiyent vəfat edib Gürcüstanda
Gürcüstanda son sutkada daha 523 nəfərə koronavirus diaqnozu qoyulub, 208 nəfər sağalıb, 7 pasiyent isə vəfat edib. SİA-nın verdiyi məlumata görə, bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 11 794-ə çatıb. Sağalanların sayı 6 327, dünyasını dəyişənlərin sayı isə 85 olub. Hazırda karantində 5 590, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 393 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB