Rusiya paytaxtında son sutkada 3323 nəfər koronavirusa yoluxub

Rusiya paytaxtında son sutkada 3323 nəfər koronavirusa yoluxub

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 33 nəfər ölüb.

SİA-nın məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 33 xəstə dünyasını dəyişib".

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı son sutkada 3 323 olmaqla 318 111 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 5 530-a yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə