Rəsmi Moskva təcili və ilkin şərtlər qoyulmadan Liviyada daxili danışıqların keçirilməsinə çağırır. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Almatıda jurnalistlərlə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, BMT baş katibinin xüsusi elçisinin xidmətlərindən, Afrika Birliyinin vasitəçilik təkliflərindən tezliklə istifadə edərək ilkin şərtlərsiz əyləşib razılığa gəlmək lazımdır".
Nazir bildirib ki, Liviya özü-özlüyündə problemdir: "Heç bir şübhə yoxdur ki, bu ölkədə yeni siyasi sistem qurulacaq. Lakin elə şəxslərlə razılığa gəlmək lazımdır ki, vəziyyətin sabitləşdirilməsinin gələcəyi onlardan asılı olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB