Dünyada koronavirusa yoluxanların sayı 36 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 36 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 36 026 644 nəfərə çatıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ümumilikdə koronavirusun yaratdığı xəstəlikdən 1 053 357 nəfəri ölüb, 25 117 417 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (7 544 612), Hindistanda (6 757 131) və Braziliyada (4 969 141) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə