Hüsnü Mübarəkə qarşı yeni ittiham irəli sürülüb

Hüsnü Mübarəkə qarşı yeni ittiham irəli sürülüb

Misirin baş prokurorluğu ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkə qarşı yeni ittihamlar irəli sürüb. Yeni ittihamlara əsasən o, öz hərəkətləri ilə ölkənin xarici borcunun həcmini artırırmış. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, 2010-cu il dekabrın sonlarında Misirin xarici borcu 35 milyard dollara yaxın olub.

 

Lakin ölkənin keçmiş başçısı dindirmə zamanı bu ittihamları rədd edərək bəyan edib ki, əksinə o, Misirin xarici borclarının həcmini azaltmağa çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə