NATO-nun Liviyada həyata keçirdiyi hərbi əməliyyatlara dəstək olan ölkələrin müəyyənləşdirilməsi məqsədilə sorğu keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 23 ölkə arasında ən az dəstək verən Türkiyə olub. Belə ki, Belçika, Cənubi Afrika, Avstraliya, Hindistan, Fransa, İsveçrə və Kanadada NATO-nun Liviyaya hücumlarını xalqın 70 faizi dəstəkləyib.
Sorğu nəticəsində Braziliya, Yaponiya, İspaniya, Cənubi Koreya, Polşa və ABŞ-da xalqın təxminən üçdə bir hissəsinin, Almaniya, İngiltərə, Macarıstan, Meksika və İtaliyada isə yarıdan çoxunun NATO əməliyyatını dəstəklədiyi aydın olub.
Lakin Türkiyə, Rusiya, Argentina və İndoneziya ölkələrində əməliyyatları dəstəkləyən insanlar 50 faizdən azdır.
Qeyd edək ki, Türkiyə NATO-ya üzv olan ölkələr arasında əməliyyatları ən az dəstəkləyən ölkə olub. Türkiyə əhalisinin 40 faizi belə hücumları dəstəkləmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB