ABŞ-da kosmik yük gəmisi səmaya buraxılıb

ABŞ-da kosmik yük gəmisi səmaya buraxılıb

"Antares" raket daşıyıcısı "Cygnus" yük kosmik gəmisini ABŞ-ın Virdjiniya ştatındakı kosmodromundan səmaya qaldırıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, raketin uçuşu ABŞ-ın Milli aviasiya və kosmik idarəsinin (NASA) saytında yayımlanıb.

"Cygnus" Beynəlxalq kosmik stansiyaya (BKS) təxminən 3.6 ton yük çatdıracaq: qida, stansiya üçün avadanlıq, elmi tədqiqat üçün alətlər və sairə.

Bu əməliyyat "Cygnus" istehsalçısı olan "Northrop Grumman" ilə NASA arasındakı yeni müqaviləsi çərçivəsində üçüncü uçuşdur. Razılığa əsasən, 2024-cü ilədək ən az altı yük gəmisinin buraxılması həyata keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə