İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Niderlandın XİN başçısı Stef Blok və Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə telefon danışığında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə edib. SİA-nın xəbərinə görə, məlumatı İranın “Mehr” agentliyi yayıb.
Bildirilib ki, telefon danışığı zamanı nazirlər İranla bu ölkələr arasında ikitərəfli münasibəti, COVID-19-a qarşı mübarizəyə dair məsələləri də müzakirə ediblər.
Qeyd edək ki, Niderland və Avstriya ATƏT-in Minsk qrupunun üzvləridir.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB