İsraildə ötən sutka ərzində COVİD-19 infeksiyasına təxminən 8 min nəfər yoluxub

İsraildə ötən sutka ərzində COVİD-19 infeksiyasına təxminən 8 min nəfər yoluxub

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 996 nəfər yoluxub.

SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 253 490 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 179 468 nəfəri sağalıb, 1 622 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 72 399 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə