Yəməndə həlak olan nümayişçilərin sayı 9 nəfərə çatıb

Yəməndə həlak olan nümayişçilərin sayı 9 nəfərə çatıb

Yəmən təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olan nümayişçilərin sayı 9 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, minlərlə nümayişçi paytaxt Sənada hökumət evinə tərəf yürüş edərək prezident Əli Abdulla Salehin istefasını tələb ediblər. Təhlükəsizlik qüvvələri isə onları saxlamaq məqsədilə atəş açıblar.

 

Həkimlərin məlumatına görə, nəticədə ən azı 6 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb. Ölkənin cənub-qərbindəki Taiz şəhərində iki nümayişçi həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə