ABŞ bu ölkədəki səfirliyini bağlayır

İraq raket zərbələrini dayandırmasa, bu ölkədəki ABŞ səfirliyi bağlanacaq. SİA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.

O, İraq Prezidenti Bəhram Saleh və Baş nazir Mustafa əl-Kazımi ilə telefon danışığında məsələni gündəmə gətirib.

Bundan başqa, İraqdan iki rəsmi mənbə də ABŞ-ın növbəti aylar ərzində Bağdaddakı səfirliyi bağlamağa dair indidən addımlar atıldığını, bunun ABŞ əsgərlərinin İraqdan geri çəkilməsi ilə eyni anda baş tuta biləcəyini bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə