Dünyada indiyədək 33, 3 milyon nəfərdən çox şəxs koronavirusa yoluxub

Koronavirus pandemiyası zamanı dünyada 33,3 milyondan çox insanda infeksiyaya yoluxma öz təsdiqini tapıb. Belə ki, indiyədək 33 303 226 nəfər bu virusa yoluxub.

SİA xəbər verir ki, bu barədə məlumatlar “Worldometers” portalında dərc olunub.

Həmçinin 24,6 milyondan çox koronaviruslu xəstə müalicə olunaraq sağalıb. Bundan əlavə, 1 002 383 planet sakini bu xəstəliyin qurbanı olub.

Hazırda 7 666 645 aktiv virus daşıyıcısı var ki, onların da 65 114-nün vəziyyəti ağırdır.

Ən çox yoluxma halları ABŞ (7 321 343), Hindistan (6 073 348), Braziliya (4 732 309), Rusiya (1 151 438) və Kolumbiyada (813 056) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...