İranda 207 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 207 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 25 222 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 563 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 439 882 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 023 nəfərin vəziyyəti ağırdır. Sadat Lari əlavə edib ki, İranda indiyədək 369 842 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,87 milyondan çox diaqnoz testi həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə