"Türkiyә hәr zaman diplomatiyanın tәrәfdarıdır" - Fəxrəddin Altun

"Türkiyә hәr zaman diplomatiyanın tәrәfdarıdır". SİA-nın məlumatına görə, bunu Türkiyə Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Aralıq dәnizi mәsәlәsi üzrә keçirilən beynәlxalq konfransda çıxışı zamanı deyib.

Altun bildirib ki, Aralıq dәnizi növbәti qarşıdurma nöqtәsi kimi qiymәtlәndirənlər var: "Aralıq dәnizi Türkiyә üçün "Mavi Vәtәn"imizin bir parçasını tәşkil edir. Türkiyә son aylarda dünyaya çox dәqiq mesaj verib. Beynәlxalq hüququn bizim yanımızda olduğunu bilirik. Sәsi әn çox çıxanın hәr zaman haqlı olmadığını da yaxşı bilirik. Bu sәbәbdәn Türkiyә Prezident Rәcәb Tayyib Әrdoğanın liderliyi ilә hәr zaman diplomatiyanın tәrәfdarıdır’’.

Altun sözlərinə görə, Prezident Әrdoğanın qәtiyyәti vә NATO-nun Baş katibi Yens Stoltenberq, Almaniya kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının sәdri Şarl Mişelin yardımları ilә dialoq vә diplomatiyaya zәmin hazırlanır.

Yunanıstan ilә araşdırma görüşlәrinin başlamasından mәmnun olduğunu bildirәn Altun deyib: "Qarşıdakı günlәrdә Aralıq dәnizindәki gәrginliyin sәviyyәsi azaldılmalıdır. Әdalәtli vә davamlı hәll yolu üçün әldә olunan ilәlilәyişi birlikdә qorumalıyıq’’.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...