Rusiya İraqdan İrana dəstək verdi

Rusiya İraqdan İrana dəstək verdi

"Rusiya İran ilə nüvə proqramı ilə bağlı imzalanmış razılaşmanı və digər öhdəliklərini yerinə yetirəcək". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iraqlı həmkarı ilə Bağdadda keçirilən birgə mətbuat konfransında bildirib: "Bütün ölkələr, o cümlədən də İran beynəlxalq qanunvericiliyi qəbul edir. Bu qanunvericilik əsasında biz bütün öhdəliklərimizi yerinə yetirəcəyik", – deyə Lavrov əlavə edib.

 

S. Lavrov eyni zamanda vurğulayıb ki, Rusiya Yaxın Şərq regionuna hər hansı bir xarici ölkənin müdaxiləsinin əleyhinədir. "Hakimiyyətlər ilə xalq arasında ziddiyyətlər hər bir ölkənin öz daxilində həll edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə