Yəmənin hökumət qüvvələri paytaxt Səna yaxınlığındakı tayfa ərazisinə avia-zərbələr endirib. SİA-nın "RBK"ya istinadən verdiyi xəbərə görə, tayfa üzvləri anti-hökumət nümayişlərini yatırmağa gedən tank briqadalarının qarşısını almağa cəhd edərkən havadan zərbələr endirilib. Avia-zərbələr nəticəsində azı 23 nəfərin öldüyü bildirilir.
Briqadaya Yəmən prezidenti Əli Abdulla Salehin oğlu rəhbərlik edib. Ötən gün həmçinin Yəmənin Hudayda şəhərində hökumət qüvvələri ilə nümayişçilər arasında toqquşmada 20 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB