Obama Üsamə bin Ladenin son şəkillərini göstərməyə razılıq verib

Obama Üsamə bin Ladenin son şəkillərini göstərməyə razılıq verib

Amerikanın prezidenti Barak Obama "Əl-Qaidə" lideri Üsamə bin Ladenin son şəkillərini göstərməyə razılıq verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəkillər yalnız bir neçə senatora nümayiş olunacaq.

 

Qeyd edək ki, "Əl-Qaidə" terror qruplaşmasının lideri Üsamə bin Laden ABŞ hərbi kəşfiyyatının keçirdiyi məxfi əməliyyat zamanı məhv edilib. Bu barədə məlumatı rəsmi şəkildə ilk olaraq Birləşmiş Ştatların prezidenti Barak Obama təsdiq edib. Bu xəbərdən sonra ben Ladenin ölümünə sevinənlər Ağ evin qarşısında səhərə kimi şənlik keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə