“ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq”. SİA xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.
Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib: “Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB