İsraildə ötən sutka ərzində yeni növ koronavirusa 4,3 min nəfər yoluxub

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa 4,3 min nəfər yoluxub

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 300 nəfər yoluxub.

SİA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 187 902 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 134 069 nəfəri sağalıb, 1 256 nəfəri isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə