İran parlamentində gərgin vəziyyət

İran parlamentində gərgin vəziyyət

İran prezidentinin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini parlamentin spikeri Əli Laricaninin bəyanatlarına cavab verib. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, o bildirib ki, nazirliklərin strukturunda baş vermiş dəyişikliklərə görə parlamentdə yenidən səsverməyə ehtiyac yoxdur.

 

Qeyd edək ki, parlamentin spikeri Əli Laricani bildirib ki, Konstitusiyaya əsasən, nazirliklərin sayının azaldılması məqsədilə onların birləşmədirilməsini parlament təsdiq etməli, yeni yaradılmış nazirliklərə nazirlərin seçilməsinə isə parlamentdə səs verilməlidir. Laricani Əhmədinejadın hökumətini tənqid edib və bildirib ki, nə üçün parlamentin təsdiqi olmadan Nazirlər Kabineti nazirliklərin birləşdirilməsi haqqında qərar qəbul edib və onun icrası üçün göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə