Sudanda BMT-nin dörd sülhməramlısı yaralanıb

Sudanda BMT-nin dörd sülhməramlısı yaralanıb

Şimali və Cənubi Sudanın mübahisəli Adey rayonunda BMT sülhməramlılarının dörd əməkdaşı naməlum şəxslər tərəfindən yaralanıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, silahlı hücum mayın 10-da Qali yaşayış məntəqəsi ərazisində baş verib. Zambiyadan olan "mavi kaskalar" ərazidən köçürülüb. Lakin onların vəziyyəti barədə məlumat yoxdur.

 

Qeyd edək ki, Şimali və Cənubi Sudan arasında münasibətlərin kəskinləşməsinə səbəb neft ehtiyatları ilə zəngin olan Abey rayonunun kimə məxsus olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə