“Gürcüstan vətəndaşları 5 ölkədə konsulluq qeydiyyatına alınıblar”. SİA-nın məlumatına görə, bu barədə ölkənin xarici işlər nazirinin müavini Xatuna Totladze bildirib.
Onun sözlərinə görə, siyahıda birinci yeri 13 min 221 vətəndaşla Yunanıstan tutur: “İkinci yerdə Azərbaycandır. Bu ölkədə 7 min 038 Gürcüstan vətəndaşı qeydiyyatdan keçib. ABŞ-da 4 min 312, Ukraynada 3 min 543, İspaniyada isə 3 min 124 vətəndaş konsulluq qeydiyyatına alınıb”.
Nazir müavini həmçinin deyib ki, oktyabrın 31-də Gürcüstan parlamentinə keçiriləcək seçkilərlə bağlı ölkə xaricində seçki məntəqələri yaradılacaq: “Hazırkı mərhələdə neçə seçki məntəqəsinin açılacağ hələ məlum deyil. Oktyabrın 10-dək xaricdə olan Gürcüstan vətəndaşları konsulluq şöbələrində qeydiyyatdan keçəcəklər. Avqustun 11-nə olan göstəriciyə əsasən, qeydiyyatda 52 min 702 vətəndaş var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB