Rusiyanın paytaxtında yeni növ koronavirusdan ölənlərin sayı 5025 nəfərə yüksəlib

Rusiyanın paytaxtında yeni növ koronavirusdan ölənlərin sayı 5025 nəfərə yüksəlib

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 9 nəfər ölüb. Bununla da ölənlərin ümumi sayı 5 025 nəfərə yüksəlib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 9 xəstə dünyasını dəyişib".

Qeyd edilir ki, ümumilikdə Moskvada koronavirusa yoluxma hallarının sayı 273 mini ötüb, təxminən 233 min xəstə isə sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə