600 liviyalının olduğu gəmi Liviya sahillərində batıb

600 liviyalının olduğu gəmi Liviya sahillərində batıb
İçərisində 600 liviyalının olduğu gəmi Liviya sahillərində batıb. İtaliya Sahil Təhlükəsizlik Xidməti və yaxındakı NATO təyyarə-gəmisi isə yardım çağırışlarına cavab verməyib. Liviyadan Avropaya qaçış davam edir. SİA-nın verdiyi xəbərə görə, mayın 9-da Avropaya qaçmağa çalışan 600 liviyalının da olduğu bir gəmi Liviya sahillərində batıb.

BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığından verilən açıqlamaya görə, qaçqın gəmisinin batmasını İtaliyaya çatmağa müvəffəq olan başqa bir qaçqın qayığı tərəfindən müşahidə etsə də kömək etməyib. Şahidlər içində 600 liviyalının olduğu gəminin parçalanaraq batdığını bildiriblər. Batan gəmidəkilərin bir hissəsi qayıqdakılar tərəfindən xilas edilib, qalanların aqibəti isə bəlli deyil.

"The Guardian" qəzetinin ortaya atdığı bir iddia isə NATO-nu qarışdırıb. Qəzetin xəbərinə görə, martın 25-də 72 nəfərlə Liviyadan ayrılan bir qayıq 16 gün boyunca dalğaların arasında sürüklənib. İtaliya Sahil Təhlükəsizlik Xidməti və yaxındakı NATO təyyarə-gəmisi isə yardım çağırışlarına cavab verməyib. Qayıqdan yalnız 10 nəfərin xilas olduğu, qalanların isə aclıq və susuzluqdan öldüyü, qayığın Liviya sahillərinə geri döndüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə