Ukraynada çevriliş ola bilər?

Ukrayna prezidenti Vladimir Zelenskinin çevrilişlə hakimiyyətdən salınacağı xəbəri yayılıb. SİA-nın məlumatına görə, dövlət qurumlarında və hüquq mühafizə orqanlarında daxili qarışıqlıq yaşayan Ukrayna bu açıqlamaya diqqəti yönəldib.

Ali Radanın deputatı Renat Kuzmin Vladimir Zelenskinin zorla devrilməsi prosesinin başlandığını iddia edib. Ukrayna mətbuatına açıqlamalar verən Renat Kuzmin “dövlət qurumlarında, hüquq mühafizə orqanlarında, o cümlədən orduda mövcud rəhbərliklə kifayətlənməyən və çevrilişə qoşulmağa hazır olan çox böyük bir insan var", deyə qeyd edib.

Dünya və xüsusən də Rusiya mətbuatının gündəmində olan açıqlamada rəsmi bir çevriliş olacağına işarə edilir.

Ukraynalı deputat çevrilişə hazırlıqların Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun komandası tərəfindən aparıldığını iddia edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə