ABŞ Hava Qüvvələri dörd bombardmançı təyyarəsini Quamdakı hərbi hava bazasına yollayıb

ABŞ Hava Qüvvələri dörd bombardmançı təyyarəsini Quamdakı hərbi hava bazasına yollayıb

ABŞ Hava Qüvvələri dörd "B-1 B Lancer" strateji bombardmançı təyyarəsini və 200 hərbçisini Cənubi Dakota ştatından Quamdakı "Andersen" hərbi hava bazasına yollayıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələrinin Sakit Okean komandanlığının saytında yayımlanan məlumatda bildirilir.

"Bombardmançılar <...> [hava bazada] müttəfiqlər, tərəfdaşlar və birləşmiş qüvvələrlə Sakit Okean hava qüvvələrinin təlimlərini dəstəkləmək, eyni zamanda bölgədəki beynəlxalq asayişi qorumaq və strateji vəzifələri yerinə yetirmək üçün yerləşdirilib", - deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə