ABŞ qoşunlarını İraqdan çıxarır

ABŞ qoşunlarını İraqdan çıxarır

ABŞ növbəti bir neçə həftə ərzində İraqdakı qoşunlarının 40 faizdən çoxunu çıxaracaq. SİA xəbər verir ki, bunu Yaxın Şərq bölgəsindəki ABŞ qoşunlarının komandanı Kennet Makkenzi deyib.

O qeyd edib ki, sentyabrın sonunadək İraqdakı ABŞ hərbçilərinin sayı 5 200 nəfərdən 3 min nəfərədək azaldılacaq. Ölkədə qalan hərbçilər İraq ordusuna terrorçuluqla mübarizədə dəstək və məsləhət xidmətləri göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə