Lukaşenko Belarusun Baş prokurorunu vəzifədən azad edib

Lukaşenko Belarusun Baş prokurorunu vəzifədən azad edib

Belarus Respublikasının Baş prokuroru Aleksandr Konyuk Prezident Aleksandr Lukaşenkonun qərarı ilə tutduğu vəzifədən azad edilib. SİA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Baş prokuror vəzifəsinə əvvəllər Dövlət Məhkəmə Ekspertiza Komitəsinə rəhbərlik etmiş Andrey Şved təyin edilib.

Lukaşenkonun sözlərinə görə, keçmiş Baş prokuror özünü diplomatik xidmətdə sınamaq istədiyini bildirib: “Mən bu istəyə qarşı deyiləm. Xarici İşlər naziri ilə əlaqə qurub təkliflərini hazırlamasını xahiş etməliyik”.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə