ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib. SİA xəbər verir ki, Donald Tramp İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşdırlmasında göstərdiyi səylərə görə namizəd göstərilib.
Onun namizədliyi Norveç Parlamentinin üzvü və NATO Parlament Assambleyasının sədri Kristian Tybring-Gjedde tərəfindən təqdim olunub.
Norveçli parlamentari 2018-ci ildə də Şimali Koreya liderinin qatıldığı Sinqapur zirvəsinin təşkilinə görə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini təqdim etmişdi.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB