Minskdə müxalifət qüvvələrinin növbəti icazəsiz mitinqi polis tərəfindən dağıdılıb
Minskdəki bazar günü günortadan sonra müxalifət qüvvələrinin növbəti icazəsiz mitinqi başlayıb.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, aksiyanın dağıdılması üçün polis və Daxili qoşunların şəxsi heyəti hərəkətə keçib.
Etirazçılar Belarus Prezidenti Aleksandr Lukaşenkonun istefasını tələb etmək üçün Prezident iqamətgahına üz tutub. Lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində yürüşün qarşısı alınıb və mitinq dağıdılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB