Pakistanda COVID-19 infeksiyasından ölənlərin sayı 6342 nəfərə çatıb

Pakistanda COVID-19 infeksiyasından ölənlərin sayı 6342 nəfərə çatıb

Son gündə Pakistanda 484 nəfər COVID-19-a yoluxub və xəstələrin sayı 298 min 509 nəfər təşkil edib.

SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada xəstəlikdən 7 nəfər dünyasını dəyişib və ölənlərin sayı 6 min 342-yə çatıb.

Xəstəxanalarda 6 min 269 nəfər olduğu bildirilir, onlardan 532-nin vəziyyəti ağırdır.

İndiyədək infeksiyadan 685 min 898 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə