Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 13 nəfər ölüb

Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 13 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 13 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 13 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 891 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə