Suriya qana bulanıb

Suriyadakı etirazlar zamanı ölənlərin sayı getdikcə artır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müxalifət bildirir ki, nümayişçilərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında baş verən toqquşmalarda 500-dən artıq adam ölüb. Rəsmi məlumatlarda isə bildirilir ki, "muzdlular tərəfindən vətəndaşların və ölkənin təhlükəsizliyi əleyhinə təşkil edilən zorakılıqlar" nəticəsində 70 mülki şəxs və 90-dan çox əsgər və polis həlak olub.

 

Qeyd edək ki, Suriyada xalq etirazları martın ortalarında İordaniya ilə sərhəddəki Deraa şəhərindən başlayıb. Divarlara hakimiyyət əleyhinə şüarlar yazan məktəblilərin həbs etirazlara təkan verib. İnsanlar məktəblilərin azadlığa buraxılması tələbi ilə küçələrə çıxıblar. Sonradan aksiyalar ölkənin bir neçə başqa şəhərinə də keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə