Almaniyada mənzildə anaları tərəfindən qətlə yetirilmiş 5 uşağın cəsədi aşkar edilib
Almaniyanın Zolinqen şəhərində polis bir mənzildə beş uşağın cəsədini aşkar edib.
SİA yerli “globalnews.ca” saytına istinadən xəbər verir ki, bölgənin daxili işlər naziri Herbert Royl uşaqların cəsədlərinin başqa şəhərdə yaşayan nənələri tərəfindən tapıldığını bildirib.
Roylun sözlərinə görə, ölən uşaqların 27 yaşlı anası Düsseldorf qatar stansiyasında 11 yaşlı oğlu ilə intihara cəhd edib. Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, oğlan isə xəsarət almayıb.
Polisin verdiyi məlumata görə, ölən uşaqlar 1-8 yaş arasında olub. Sağ qalan oğlan qohumlarının himayəsinə verilib.
Polis uşaqların ölümündə əsas şübhəlinin Almaniya vətəndaşı olan ananın olduğunu təsdiqləyib. Hadisənin səbəbi isə hələlik müəyyən olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB