Bin Laden əslində xəstəlikdən ölübmüş

Bin Laden əslində xəstəlikdən ölübmüş
"Üsamə bin Laden əslində bir müddət əvvəl xəstəlikdən ölmüşdü". Bu sözləri İranın Kəşfiyyat naziri Heydər Muslihi jurnalistlərə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, hətta Ladenin xəstəlikdən ölməsini sübut edən sənədlər də var: "Amerikalıların öldürdüyünü iddia etdikləri "Əl Qaidə" lideri əslində bir neçə gün əvvəl ölmüşdü. Çünki bin Laden xəstə idi və onun sağalmayacağını hamı yaxşı bilirdi. O öldükdən sonra isə ABŞ rəhbərliyi bunu öz nailiyyətləri kimi elan etdilər. Əslində isə həqiqətin nə olduğunu biz bilirik. Bunlar ötəri danışıqlar deyil. Ladenin xəstə olduğu və bu səbəbdən dünyasını dəyişdiyi ilə bağlı əlimizdə sənədlər də var. Yəni istənilən formada bunu sübut edə bilərik".

 

ABŞ-ın bu davranışının yersiz bir ssenari olduğunu deyən nazir onu da qeyd edib ki, əslində bu xəbərin Amerika tərəfindən yayılması fərqli məqsədlərə xidmət edir: "Amerikada son zamanlarda iqtisadi vəziyyətin nə dərəcədə gərgin olduğu hamımıza məlumdur. Bu vəziyyəti, əhali arasında işsizlik səbəbilə yarana biləcək iğtişaşların qarşısını almaq üçün Ladenin ölüm xəbəri çox önəmli bir vasitə oldu. Bütün bunlarla yanaşı, prezident seçkilərində də Obamanın güclü rəqibləri var. Bunu da nəzərə alsaq, "Əl Qaidə" liderinin Obama hakimiyyəti dövründə öldürüldüyünün açıqlanması heç də təsadüfi olmadı. Hələ də dövlət başçısının xüsusi bir sevinclə bu xəbəri elan etməsi hər şeyi açıq-aşkar görməyə şərait yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə