Müxalifət liderini siniri iflic edən maddə ilə zəhərləyiblər - Rusiyada

Müxalifət liderini siniri iflic edən maddə ilə zəhərləyiblər - Rusiyada

Berlin xəstəxanasında aparılan analizlərin nəticələri göstərir ki, rusyalı müxalifət lideri Aleksey Navalnını "Noviçok" qrupuna aid olan sinirləri iflic edən maddə ilə zəhərləyiblər. SİA-nın məlumatına görə, bu barədə Almaniya hökumətinin bəyanatında bildirilib.

Bildirək ki, Aleksey Navalnı avqustun 20-də Tomskdan Moksvaya uçduğu zaman təyyarədə özünü pis hiss edib. Bu səbəbdən təyyarə Omska fövqəladə eniş edib. Navalnının komanda üzvləri siyasətçinin zəhərləndiyini bildirirdilər.

Vəziyyətində ağırlaşma müşahidə edilən Navalnı avqustun 22-də Berlinə aparılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə